“Nyukasl” satıldı
İngiltərənin “Nyukasl” klubunun sahibi dəyişib. Premyer Liqa klubu Səudiyyə Ərəbistanının dövlət investisiyaları fondu (PIF – Public Investment Fund), “PCP Capital Partners” və “RB Sports & Media”nı özündə birləşdirən konsorsium tərəfindən alınıb.
Tərəflər arasında alqı-satqı ilə bağlı bütün məsələlər həllini tapıb. İngiltərə Premyer Liqası Səudiyyə Ərəbistanı krallığının kluba nəzarət etməyəcəyi barədə təminat alıb.
Son 14 ildə klubun sahibi olan Mayk Eşli “Nyukasl”ın satışından 300 milyon funt sterlinq əldə edib.