Şahrudin Məhəmmədəliyev: “Meydana yalnız qələbə üçün çıxacağıq”

Şahrudin Məhəmmədəliyev: “Meydana yalnız qələbə üçün çıxacağıq”

Azərbaycan millisi sabah Belarusla qarşılaşacaq. Millətlər Liqasının C liqasının 3-cü qrupunun Bakıdakı oyunundan əvvəl təşkil olunan mətbuat konfransında yığmanın qapıçısı Şahrudin Məhəmmədəliyev də iştirak edib. O, qarşılaşma haqda fikirlərini bölüşüb:

“Çox istəyirik ki, sabah qalib gələk. Bizim üçün vacib oyundur. Meydana yalnız qələbə üçün çıxacağıq. Belarusla bir dəfə oynamışıq. Onlar bizdən o qədər də üstün deyil. Biz də başa düşürük ki, nəticə vermək lazımdır. Hər dəfə çalışırıq ki, qalib gələk. Amma hələ ki, alınmır. Bu da bizi sıxır. Epizodlarımız olur, amma vura bilmirik. Sonda da uduzuruq. Millidə oynamaq çox çətindir. Çünki bütün ölkə sizə azarkeşlik edir. Uduzmaq da çox ağırdır. Yenə də vurğulamaq istəyirəm ki, sabah qalib gəlməliyik. Bir oyun qalib gəlsək, özünəinamı qaytararıq. Çoxdandır ki, qalib gəlmirik”.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “Özümüz özümüzə inanmalıyıq”

Növbəti yazı

Günün kuponu – 13.06.2022