Günün kuponu – 13.06.2022
Fransa – Xorvatiya ÜST2.5
Heç kim 3 turdan sonra fransızların qələbəyə həsrət olacaqlarını və qrupda son pillədə qərarlaşacaqlarını proqnozlaşdıra bilməzdi. Qonaqların aktivində 1 qələbə var, bununla belə onlar qrupda ilk üçlüyü qapayır. Fikrimcə hər iki komanda qol vurmağa çalışacaq.
Danimarka – Avstriya ALT2.5
Xorvatiyanı məğlub edən Avstriya Millətlər Liqasındakı digər iki oyunda da yaxşı təsir bağışladı. Fransa ilə 1-1 oynayan Avstriya doğma meydanda Danimarkaya məğlub oldu (1-2). Bu oyunda qrupda lideri müəyyənləşdirmək baxımından vacibdir. Hər iki komanda pley-offa yüksəlmək şansına malikdir. Buna görə ALT2.5 daha düzgün seçim ola bilər.
Avstraliya – Peru ALT3.5
Dünya çempionatına vəsiqə uğrunda oyunda hər iki komanda maksimum gücünü göstərməyə çalışacaq. Seçmə mərhələdə Kolumbiya və Çili kimi yığmaları qabaqlayan Peru kifayət qədər yaxşı oyun sərgiləyir. Son oyunlarına nəzər salaraq Perunun şanslı olduğunu düşünmək olar.