Günün kuponu – 01.05.2024

Günün kuponu – 01.05.2024

Borussiya Dortmund – PSJ

İstənilən vaxt qol vuracaq: Killan Mbappe

“PSJ” “Barselona” üzərində qələbədən sonra Çempionlar Liqasını almağa iddialıdır. Qonaqlar matçın favoritidir. Killian Mbappe əla formadadır və almanların onun qarşısını ala biləcəyi inandırıcı görünmür.

Malmö – Dyurqarden 3.5 ALT

Musa Qurbanlının komandası İsveç kubokunu qazanmağın 1 addımlığındadır. Rəqib güclü “Malmö”dür. Amma “Dyurqarden” – bəndənizin stadiondan canlı izlədiyi yarımfinalda – Stokholm derbisində “AİK”-i turnirdən kənarlarşdırmağı bacarıb. Komandaların maksimum ehtiyatlı oynayacağını və bol qollu bir oyun görməyəcəyimizi düşünürəm.

Əl Nəsr – Əl Xalej 1

Kriştiano Ronaldonun komandası rəqibindən fərqli Kral Kubokunun finalına rahatlıqla yüksəlib. Bu oyunun da aşkar favoritidir. Kriştianonun daha bir titul qazanmasına yalnız möcüzə mane ola bilər.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

NBA-da 19 ildən sonra ilk dəfə

Növbəti yazı

Sürpriz kupon – 01.05.2024