“Real” və “Bavariya” yarımfinalda

“Real” və “Bavariya” yarımfinalda

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Bu gün son 2 qarşılaşma keçirilib.

“Bavariya” “Arsenal”ı qəbul edib. İlk oyunda 2:2 hesablı bərabərliyə razılaşan komandaların dueli gərgin alınıb. Münhenlilər Coşua Kimmixin qolu ilə mərhələ adlamağı bacarıb.

“Real” isə “Mançester”in qonağı olub. Görüşə madridlilər fəal başlayıb. Bunun nəticəsində hesab ilk hissədə açılıb. Rodriqo komandasını önə çıxarıb. Meydan sahiblərinin buna cavabı ikinci yarıda gəlib. Kevin de Bruyne matçı əlavə vaxta daşıyıb. Lakin burada da bərabərlik pozulmayıb və penaltilər seriyasına müraciət olunub. Daha dəqiq olan qonaqlar son çempionu mübarizədən kənarlaşdırıb – 4:3.

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
”Bavariya” – “Arsenal” 1:0
Coşua Kimmix, 63

“Mançester Siti” – ”Real” 1:1, pen. 3:4
Kevin de Bruyne, 76 – Rodriqo, 12

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan kubokunda finalçılar bəlli oldu

Növbəti yazı

Tarixdə 3-cü dəfə