Azərbaycan kubokunda finalçılar bəlli oldu

Azərbaycan kubokunda finalçılar bəlli oldu

Basketbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Hər 2 matç Bakıda “Sərhədçi” İdman Mərkəzində baş tutub.

NTD-İNDİQO “Xəzri” ilə qarşılaşıb. İlk periodda 17 xallıq fərq əldə edən paytaxt basketbolçuları üstünlüyü sonadək qoruyub.

“Neftçi” ilə “Sərhədçi” üz-üzə gəlib. Matç “ağ-qaralar”ın üstünlüyü ilə keçib və onlar asan qələbə qazanıblar.

Qeyd edək ki, kubokun finalı aprelin 20-də olacaq. Oyun saat 15:00-da start götürəcək.

Azərbaycan kuboku
Yarımfinal
17 aprel

16:00. NTD-İNDİQO – “Xəzri” – 73:78 (14:31, 24:15, 17:13, 18:19)
19:30. “Neftçi” – “Sərhədçi” – 91:73 (31:22, 21:20, 20:16, 19:15)

ETOPAZ

Əvvəlki yazı

Murilyo “Real”ın hədəfində

Növbəti yazı

“Real” və “Bavariya” yarımfinalda