“Qarabağ”ın dünya reytinqindəki mövqeyi açıqlandı

“Qarabağ”ın dünya reytinqindəki mövqeyi açıqlandı

Klubların dünya reytinqi açıqlanıb. İFFHS-in siyahısında planetin ən güclü 300 komandası yer alıb.

Cədvəldə Azərbaycan bir klubla təmsil olunub. Son ölkə çempionu və Azərbaycan Premyer Liqasının hazırkı lideri “Qarabağ” dünyanın 67-ci komandasıdır.

Qurban Qurbanovun yetirmələrinin hesabında 141 xal var. Ağdam klubu ötən cədvəllə müqayisədə 5 pillə geriləyib.

Reytinqin lideri də dəyişib. 320 xala malik “Real” 1-ci pilləyə yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Denver” Konfrans finalında

Növbəti yazı

40 aydan sonra