“Denver” Konfrans finalında

“Denver” Konfrans finalında

NBA-nın Qərb Konfransında ilk finalçı bəlli olub. “Denver” “Finiks”lə seriyanı 6-cı oyunda başa vurub.

“Naqqets” son matçda 125:100 hesabı ilə qalib gəlib. Seriyadakı hesabı 4:2-yə çatdıran denverlilərin rəqibi “Qolden Steyt”lə “Leykers”in duelində müəyyənləşəcək.

“Naqqets” Konfrans finalında sonuncu dəfə 2020-ci ildə çıxış edib. Həmin vaxt komanda gələcək çempion “Leykers”ə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Həftənin oyunçusu adına namizədlər

Növbəti yazı

“Qarabağ”ın dünya reytinqindəki mövqeyi açıqlandı