40 aydan sonra
Sofiya Kenin Romadakı turnirin 3-cü mərhələsini uğurla adlayıb. O, 2-ci raundda Arina Sobolenkonu məğlub edib – 7:6(4), 6:2.
Bu, Keninin “Top-10”dakı rəqiblərlə 26 matçda 9-cu qələbəsidir. Onun son belə uğuru 40 ay əvvələ təsadüf edib.
O, “Australian Open-2020”də qalib gəlib.
Qeyd edək ki, ABŞ təmsilçisi növbəti raundda ukraynalı Angelina Kalinina ilə görüşəcək.