“Qarabağ” “Qalatasaray”la qarşılaşacaq
“Qarabağ” və “Qalatasaray” arasında yoldaşlıq oyunu keçiriləcək. Bunu hər iki klubun mətbuat xidməti açıqlayıb.
Görüş martın 26-da baş tutacaq. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.
Azərbaycan çempionunun Türkiyənin ən titullu klubu ilə qarşılaşması saat 20:00-da başlayacaq. Bu oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.