Avropa Liqasında mövsümün son püşkatması

Avropa Liqasında mövsümün son püşkatması

Avropa Liqasında 2022/23 mövsümünün son püşkatma mərasimi keçirilib. Tədbir İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutub.

Qitənin ikinci dərəcəli klub turnirində 1/4, 1/2 final və finalın püşkatması gerçəkləşib. Mübarizəni davam etdirən 8 komanda 4 cütlük təşkil edib. Ardınca yarımfinalda üz-üzə gələcək cütlər və finalın nominal meydan sahibi bəlli olub.

Qeyd edək ki, turnirin final matçı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Avropa Liqası

1/4 final (13 və 20 aprel)

1. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

2. “Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)

3. “Bayer” (Almaniya) – “Union” (Belçika)

4. “Feyenoord” (Niderland) – “Roma” (İtaliya)

1/2 final (11 və 18 may)

1. 2-ci cütün qalibi – 1-ci cütün qalibi

2. 4-cü cütün qalibi – 3-cü cütün qalibi

Final (31 may, Budapeşt, Macarıstan)

1-ci cütün qalibi – 2-ci cütün qalibi

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşdi

Növbəti yazı

Konfrans Liqasında 1/4 final cütləri