Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşdi
Çempionlar Liqasında 2022/23 mövsümünün son püşkatma mərasimi keçirilib. Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunub.
Mərasimə qitənin ən güclü 8 komandası qatılıb. Öncə 1/4 final cütləri müəyyənləşib. Ardınca qalibləri yarımfinalda üz-üzə gələcək cütlər bəlli olub. Tədbirdə final matçının da püşkü atılıb. İstanbuldakı qarşılaşmanın nominal meydan sahibi müəyyənləşib.
Çempionlar Liqası
1/4 final (11-12 və 18-19 aprel)
1.“Real” (İspaniya) – “Çelsi” (İngiltərə)
2. “Benfika” (Portuqaliya) – “İnter” (İtaliya)
3. “Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya)
4. “Milan” (İtaliya) – “Napoli” (İtaliya)
1/2 final (9-10 və 16-17 may)
1.4-cü cütün qalibi – 2-ci cütün qalibi
2. 1-ci cütün qalibi – 3-cü cütün qalibi
Final (10 iyun, İstanbul, Türkiyə)
2-ci cütün qalibi – 1-ci cütün qalibi