“Neftçi” 3-cü pillənin sahibi oldu

“Neftçi” 3-cü pillənin sahibi oldu

Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulub. Son oyun günündə 1 qarşılaşma baş tutub.

“Neftçi” “Qarabağ”ı qəbul edib. Görüş ağdamlıların üstünlüyü ilə başlayıb. Ramil Şeydayev və Leandro Andradenin qolları ilə qonaqlar önə keçib. Hissənin ortalarında meydan sahibləri azlıqda qalıb. Lakin bakılılar Mateus Saldanya ilə fərqi minimuma endirib. Braziliyalı forvard ikinci yarının startında avtoqol müəllifi də olub. Qoldan sonra hücumlarını artıran “Neftçi” yenidən fərqi azaldıb. Emin Mahmudov penaltini dəqiq yerinə yetirib. Matçda son nöqtəni isə Kevin Medina qoyub – 4:2.

Bununla da, “Neftçi” gümüş medal şanslarını itirərək, üçüncü pillənin sahibi olub.

ETOPAZ

Əvvəlki yazı

Benzema növbəti matçı buraxacaq

Növbəti yazı

PSJ-dən Messiyə cəza