Benzema növbəti matçı buraxacaq

Benzema növbəti matçı buraxacaq

“Real”ın La Liqanın “Real Sosyedad”la oyunu üçün heyəti bəlli olub. Madrid klubunun futbolçusu Kərim Benzema XXXIII turun matçının sifariş vərəqindən kənar qalıb.

Bunun səbəbi açıqlanmayıb. Oyundan əvvəl fransalı hücumçunun zədəsi barədə rəsmi məlumat verilməyib.

Benzema komandasının yeganə itkisi deyil. Ferlan Mendi, David Alaba və Luka Modriç də “Real”a kömək edə bilməyəcək. Vinisius Junior isə 10-cu sarı vərəqəni aldığı üçün cəzalı durumdadır.

ETOPAZ

Əvvəlki yazı

PSJ-də yeni müqavilə

Növbəti yazı

“Neftçi” 3-cü pillənin sahibi oldu