“Mayami” Konfrans finalında

 “Mayami” Konfrans finalında

NBA-da Konfrans finalında oynayacaq daha bir komanda müəyyənləşib. “Mayami” yarımfinalda “Nyu-York”u mübarizədən kənarlaşdırıb.

“Hit” seriyanın altıncı oyununda 96:92 hesabı ilə qalıb gəlib. Bununla da ümumi hesabı 4:2-yə çatdıran komanda pley-offun ikinci raundunu uğurla adlayıb.

“Mayami” pley-offa Konfransın 8-ci səpələnmiş komandası kimi qatılan və finala yüksələn 2-ci klubdur. NBA tarixində buna yalnız “Niks” nail olub. Nyu-yorklular 1999-cu ildə bunu bacarıb.

Şərq konfransının finalında “Mayami”nin rəqibi “Boston”la “Filadelfiya”nın duelində bəlli olacaq. Bu komandalar 7-ci matça çıxacaq.

ETOPAZ

Əvvəlki yazı

Milli komandada vida

Növbəti yazı

Spallettidən tələb