Spallettidən tələb

Spallettidən tələb

“Napoli”nin baş məşqçisi Luçano Spalletti klub rəhbərliyi ilə görüşəcək. O, İtaliya təmsilçisinin prezidenti Aurelio de Laurentislə yeni müqaviləni müzakirə edəcək.

64 yaşlı mütəxəssis həm yay transferləri ilə bağlı planlarla tanış olmaq, həm də maaşının artırılmasını istəyir. İldə 2,8 milyon avro qazanan Spalletti bu rəqəmin 4,5 milyona çatdırılmasını tələb edəcək.

Qeyd edək ki, Neapol klubu 33 ildən sonra İtaliya çempionu olub.

ETOPAZ

Əvvəlki yazı

 “Mayami” Konfrans finalında

Növbəti yazı

“Ayaks”da yeni müqavilə