Milli komandada vida
Aksel Vitsel Belçika millisində karyerasını başa vurub. “Atletiko”nun yarımmüdafiəçisi bu qərarını özü açıqlayıb.
34 yaşlı futbolçu 15 il yığmanın formasını geyinib. O, ölkəsinin əsas komandasında 2008-ci ildə debüt edib.
Vitsel bu müddətdə 130 dəfə millinin heyətində meydana çıxıb. Yarımmüdafiəçinin hesabında 12 qol var.