“Masters”də ilk

“Masters”də ilk

Yan-Lennard Ştruff “Masters” turnirlərinin tarixinə düşüb. Almaniyalı tennisçi bu səviyyəli yarışların finalına yüksələn ilk lakı-luzerdir.

Ştruff bu uğura Madriddə imza atıb. O, yarımfinalda Aslan Karasyovla qarşılaşıb.

Almaniyalı bu görüşdə 4:6, 6:3, 6:4 hesabı ilə qalib gəlib. Turnirin təsnifat mərhələsində bu rəqibinə 4:6, 2:6 uduzan almaniyalı revanş ala bilib.

Karyerasında ikinci finalı oynayacaq Yan-Lennard bunadək 8 dəfə yarımfinalda uduzub. Titulu olmayan tennisçi həlledici matçda Karlos Alkarasla üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

Jirudan “Milan”a məsləhət: “Onu alın”

Növbəti yazı

“Real” Azara əvəzləyici tapdı