“Real” Azara əvəzləyici tapdı

“Real” Azara əvəzləyici tapdı

“Bayer”in futbolçusu Mussa Diabi “Real”ın maraq dairəsinə düşüb. İspaniya klubu 22 yaşlı fransalını yayda heyətinə qatmaq istəyir.

O, komandadan gedəcəyi gözlənilən Eden Azarı əvəz etməlidir. Oyun praktikasından əziyyət çəkən belçikalı Madrid təmsilçisinin uğursuz transferlərindən sayılır.

Diabinin keçidinin 50 milyon avroya gerçəkləşəcəyi gözlənilir. O, cari mövsüm Bundesliqanın 30 oyununda 9 qol və 8 asssitə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Masters”də ilk

Növbəti yazı

“Çelsi”nin hədəfində 75 milyonluq hücumçu