Martines 4-cü yerə şərik oldu

Martines 4-cü yerə şərik oldu

Lautaro Martines “İnter”in heyətində Çempionlar Liqasında 10-cu qolunu vurub. Argentinalı hücumçu yarımfinalın “Milan”la cavab oyununda fərqlənib.

O, komandasına 1:0 hesablı qələbə qazandırıb. Lautaro “İnter”in turnirdəki bombardirləri siyahısında 4-cü yerə şərik olub.

Cənubi amerikalı eyni sayda qol vuran Samuel Etooya çatıb. Mütləq rekordçu isə 14 qol vuran Adrianodur. Xulio Krus və Ernan Krespo hərəyə 11 dəfə fərqlənib.

İlk oyunda da 2:0 hesablı qələbə qazanan “İnter” finala yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“İnter” finalda

Növbəti yazı

“İnter”dən ilk