“İnter”dən ilk

“İnter”dən ilk

“İnter” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Milan”la qarşılaşıb. Simone İnzaqinin yetirmələri bu görüşdə 1:0 hesabı ilə qalib gəlib.

“Neradzurra” ardıcıl 4-cü dəfə Milan derbisində qol buraxmayıb. Çempionlar Liqasının ilk qarşılaşmasında 2:0, A seriyasının XXI turunda 1:0, Superkubokun finalında 3:0 hesabı ilə qalib gələn “İnter” bununla da rekorda imza atıb. “Neradzurra” Milan derbilərində ilk dəfə ardıcıl 4 quru oyun keçirib.

“İnter”in finaldakı rəqibi “Mançester Siti” – “Real” matçında müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

Martines 4-cü yerə şərik oldu

Növbəti yazı

Faydasız 40 xal