“Makkabi” 2002-ci ildən sonra ilk dəfə

“Makkabi” 2002-ci ildən sonra ilk dəfə

Hayfa “Makkabi”si Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ev oyununda “Yuventus”la qarşılaşıb. Görüş İsrail təmsilçisi üçün yaddaqalan olub.

Belə ki, komanda Turin klubunu məğlub edib – 2:0. Bununla da, turnirdəki uzun qələbəsizlik seriyası qırılıb.

“Makkabi” 2002-ci ilin oktyabrından bəri Avropa ən nüfuzlu klub turnirində qalibiyyət əldə edə bilmirdi. Həmin vaxt komanda “Mançester Yunayted”i (3:0) məğlub etməyi bacarıb.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: ”İlk matçdakı hesab bizi aldatmalı deyil”

Növbəti yazı

Günün kuponu – 13.10.2022