Qurban Qurbanov: ”İlk matçdakı hesab bizi aldatmalı deyil”

Qurban Qurbanov: ”İlk matçdakı hesab bizi aldatmalı deyil”

Avropa Liqasının qrup mərhələsinin 4-cü turuna start veriləcək. ”Qarabağ” ”Olimpiakos”la qarşılacaq.

Komandamızın çalışdırıcısı Qurban Qurbanovun oyundan öncə mətbuat konfransında iştirak edib. Sizi mütəxəssislərin fikirləri ilə tanış edirik:

“Rəqibə düzgün yanaşmalıyıq. Onların müsahibələrini oxuyuram, çox istəklidirlər. Bu oyuna son şans kimi baxırlar. Bu, onların oyuna ciddi hazırlaşmasından xəbər verir. Bizdə son günlərdə yorğunluq var idi. İnanıram ki, futbolçularım tam olaraq özlərinə gələcəklər və sabahkı matça hazır olacaqlar. Pireydəki oyunda hesab yaxşı idi. Yaxşı qollar vurduq. Amma oradakı hesab bizi aldatmalı deyil. Əsasən də məni və futbolçularımı. Xırda detalları futbolçulara çatdırmışıq. Səfərdə səhvlərimiz çox oldu. Oyuna sonradan baxanda buna tam əmin oldum. Ciddi rəqibə qarşı yaxşı oynamalı və ciddi hazırlaşmalıyıq”.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 12.10.2022

Növbəti yazı

“Makkabi” 2002-ci ildən sonra ilk dəfə