Günün kuponu – 13.10.2022
“Betis” – “Roma” QOL/QOL
İspan klubu bu görüşdə qələbə qazanmaqla demək olar birinci pillədə yerini təmin edəcək. Aktivində cəmi 3 xalı olan “Roma” doğma meydandakı oyunda 1-2 hesablı məğlubiyyətə üzülüb. La Liqada son iki matçda qələbə qazana bilməyən “Betis”in bu oyuna ciddi yanaşdığını düşünürəm.
“Nant” – “Frayburq” 2
Maksimum xala malik qonaqlar görüşün favoriti sayılır. “Frayburq” səfərdə qələbə qazanmaqla Avropa Liqasında 1\8 finala vaxtından əvvəl vəsiqəni təmin edə bilər. Fransa çempionatında son 4 matçda qələbə qazana bilməyən “Nant” yaxşı günlərini yaşamır.
“Trabzonspor” – “Monako” QOL/QOL
Turnir cədvəlindəki vəziyyətə təsir edəcək görüşə “Trabzonspor” itkilərlə çıxacaq. Türkiyə təmsilçisini çox çətin oyun gözləyir. 6 xalı olan “Monako” turnir cədvəlində ikinci yerdədir. Trabzon təmsilçisi qələbə qazanmaqla yerdəyişmə edə bilər. İlk oyunda 3-1 hesablı qələbə qazanan “Mokano”nun səfərdən xalsız qayıtması asan olmayacaq.