Koutinyoya Türkiyədən təklif

Koutinyoya Türkiyədən təklif

Filippe Koutinyo karyerasını Türkiyədə davam etdirə bilər. “Aston Villa”nın yarımmüdafiəçinin xidmətində “Qalatasaray” maraqlıdır.

İstanbul klubu futbolçuya təklif göndərib. Türkiyədə transfer pəncərəsi fevralın 8-də bağlanacaq.

“Qalatasaray” braziliyalını sonradan almaq şərtilə icarəyə götürməyi planlaşdırır.  Onun İngiltərə klubu ilə anlaşması 2026-cı ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Sebalyosa iki elçi

Növbəti yazı

Şventek liderliyini qorudu