Sebalyosa iki elçi
Dani Sebalyosu heyətində görmək istəyən klublar bəlli olub. “Atletiko” və “Milan” yarımmüdafiəçiyə elçi düşüb.
“Real”ın 26 yaşlı futbolçusu müqaviləni uzatmaq təklifi almasa, bu variantları nəzərdən keçirəcək. İspaniyalı klubunu dəyişmək istəmir.
Madridlilər onunla 4 illik anlaşmaq niyyətindədir. Futbolçuya daha yaxşı şərtlər təklif olunacaq.
Dani mövsümün 20 matçında 1 qol vurub. Onun müqaviləsi yayda başa çatacaq.