Kantonanın “Mançester Yunayted” arzusu
“Mançester Yunayted”in əfsanəvi futbolçusu Erik Kantona klubun prezidenti olmağa çalışıb. “Qırmızı şeytanlar”ın icraçı vitse-prezidenti Ed Vudvord sabiq hücumçunun təklifini rədd edib.
Kantona Direktorlar Şurasına qoşulmaq istədiyini etiraf edib. Fransız hətta iki prezidentin olmasını təklif edib – biri futbolda, digəri iqtisadi və maliyyə məsələlərində nüfuzlu söz sahibi olmaq şərti ilə: “Vudvord marketinqdə çox yaxşıdır, amma futbolda yox. Düşünürəm ki, futbolla bağlı qərarlar verməyə cavabdeh şəxs lazımdır. Buna görə də öz namizədliyimi irəli sürdüm”.