İlk turnirin finalçıları
ABŞ-ın Klivlend şəhərində keçirilən tennis turnirinin finalçıları müəyyənləşib. 300 min dollar mükafat fondu olan yarışın həlledici görüşündə estoniyalı Anett Kontaveyt və rumıniyalı İrina Bequ qarşılaşacaq. Yarımfinalda Anett ispaniyalı Sara Sarribes-Tormonu məğlub edib. Rumıniyalı isə polşalı Maqde Linetti mübarizədən kənarlaşdırıb. Final görüşü sabah baş tutacaq.
Klivlenddəki turnir ilk dəfə keçirilir.