“Yuventus” hücumçu axtarışında

“Yuventus” hücumçu axtarışında


İtaliyanın “Yuventus” klubu Kriştiano Ronaldonun gedişindən sonra təcili hücumçu transferi reallaşdırmağa qərar verib. A seriyası təmsilçisi bu mövqeyə Mauro İkardini gətirməyi planlaşdırır. Turin klubu argentinalının şərəfini qoruduğu Fransa PSJ-si ilə danışıqlara da başlayıb. “Ağ-qaralar” 28 yaşlı futbolçunun keçidini transfer pəncərəsinin son günlərində reallaşdırmaq istəyindədir. “Yuventus” İkardini sonradan almaq hüququ ilə icarəyə götürməklə bağlı təklif edib.
İkardi 2019-cu ildən PSJ-də oynayır. O, 66 oyunda 35 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Kavani “Mançester Yunayted”də qalacaq

Növbəti yazı

Cokoviç rəqiblərini açıqladı