Cokoviç rəqiblərini açıqladı

Cokoviç rəqiblərini açıqladı


Dünyanın 1-ci raketkası Novak Cokoviç “US Open”dəki əsas rəqiblərini açıqlayıb. Bu il “Böyük dəbilqə”ni qazanmaq istəyən serbiyalı tennisçi bəzi ulduzların yoxluğuna da münasibət bildirib. O, ABŞ-da çempionluğun asanlıqla qazanılmayacağını əminliyini gizlətməyib: “Rafael Nadal və Rocer Federerin yoxluğunda da rəqiblər çox olacaq. Yarışda güclü tennisçilər iştirak edəcək. Hazırda güclü nəticələrə imza atan Aleksandr Zverev, Danil Medvedev və Stefanos Tsitsipası qeyd etməliyəm. Onlar titula üç əsas namizəddir. Amma “Böyük dəbilqə” tam fərqlidir. Fərqli dəyər, fərqli hisslərdir. Beş setdə oynanılan uzun, yorucu marafonda hamı özünü göstərmək istəyir.”.
“US Open” avqustun 30-da start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” hücumçu axtarışında

Növbəti yazı

Şakil O’Nilin dahi “üçlüy”ü