Kavani “Mançester Yunayted”də qalacaq

Kavani “Mançester Yunayted”də qalacaq


İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Edinson Kavani komandanı tərk etməyəcək. Uruqvaylı yay transfer pəncərəsində klubunu dəyişməməyə qərar verib. Kriştiano Ronaldonun transferindən sonra eyni mövqedə oynayan cənubi amerikalının gedəcəyi proqnozlaşdırılırdı. Lakin nə hücumçu, nə klub bunun tərəfdarıdır.
Kavani 2020-ci ilin oktyabrında Mançester klubuna azad agent kimi keçib. O, ötən mövsümün 39 matçında 17 qola imza atıb. Edinsonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Karyerasında ilk

Növbəti yazı

“Yuventus” hücumçu axtarışında