Günün kuponu – 30.11.2022
Avstraliya – Danimarka – 2
Bu komandaların 4 il əvvəlki dünya çempionatında görüşü bərabərliklə (1:1) bitsə də, bu dəfə Danimarkanın qələbəsinə çox inanıram. 2018-ci ildə qrupda formal xarakter daşıyan həmin oyundan fərqli olaraq indi Danimarkaya qələbə hava-su kimi lazımdır. Əks halda Qətər-2022 onlar üçün erkən bitəcək. Şimali avropalılar səviyyəcə Avstraliya millisindən üstün olduğundan lazimı 3 xalı qazanacaqlarını düşünürəm.
Tunis – Fransa – 2
İlk 2 oyunu qələbə ilə başa vuran fransızlar 1/8 finala vəsiqəni təmin etsələr də, Tunisə güzəşt edəcəyini gözləmirəm. Eksperimental heyətlə oynasa belə, Fransanın qalib gələcəyini düşünürəm.
Polşa – Argentina – kornerlər 2
Argentina mütləq qalib gəlməli olduğundan aramsız hücum etməlidir. Belədə komandanın künc zərbələri qazanmaq şansı çox olur. Ona görə qarşılaşma ərzində Argentinanın daha çox korner vuracağını təxmin edirəm.