Sürpriz kupon – 30.11.2022
Polşa – Argentina – 2
Qələbə qazanmasa Argentina çempionatla vidalaşacaq. Sizcə, Messi nin sayca 5-ci, həm də sonuncu mundialı bu cür tarixdə qalacaq? Məncə, yox! Argentina nəyin bahasına olursa-olsun çempionatın ən “qoca” komandalarından birinə qalib gələcək.
Səudiyyə Ərəbistanı – Meksika – QOL/QOL
“Ölüm-dirim” matçı. Səudiyyə Ərəbistanı bu mundialda çox gözəl təsir bağışlayır. Hətta Polşaya uduzduları oyunda belə. Fikrimcə, bu komanda pley-offa çıxacaq. Amma Meksikanın da son şansı uğrunda sonadək döyüşəcəyini nəzərə almalıyıq. Ona görə qol/qol bu oyun üçün daha optimal variant sayıla bilər.
Tunis – Fransa – 3,5 ALT
Pley-offa vəsiqəni təmin edən Fransanın əsas gücünü növbəti mərhələ üçün qoruyacağını təxmin edirəm. Özlərini çox yormadan, rahatlıqla Tunislə matçı başa vurmağa çalışacaqlar. Ona görə yüksək məhsuldarlıq gözləmirəm bu qarşılaşmadan. 3,5 alt daha güvənli variantdır.