Günün kuponu – 30.08.2022
“İnter” – “Kremonese” – 1
“İnter” ötən tur “Latsio” səfərindən məğlub qayıtdığından komandada əhval-ruhiyyə elə də yaxşı deyil. Milan klubu “Latsio”nun qisasını “Kremonese”dən çıxa bilər. Ona görə hətta bu oyunda böyük hesabın qeydə alınmasını da istisna etmirəm. Çempionata 3 məğlubiyyətlə başlayan debütant “İnter” üçün ciddi rəqib deyil.
“Valensiya” – “Atletiko” – QOL/QOL
Dieqo Simeonenin komandası hələ ki sabit oynamır. Paytaxt klubu “Xetafe” üzərində qələbədən sonra ötən tur öz meydanında “Vilyarreal”a uduzdu – 0:2.
“Valensiya” da çempionata 1 qələbə və 1 məğlubiyyətlə başlayıb.
Bu komandalar arasında son 3 qoyunda qarşılıqlı qollar olub. Bu dəfə də hər iki tərəfin fərqlənmək imkanı ola bilər.
“Sautqempton” – “Çelsi” – 2
Tuhelin komandası hələ ki istənilən performansı göstərə bilmir. “Zadəganlar” 4 oyundan 7 xal toplayıb və lider “Arsenal”dan 5 xal geri qalır.
“Çelsi”də Kante zədəlidir, Qallaher ötən tur qırmızı alıb və cəzalıdır.
Amma bütün bu itkilərə rəğmən, “Çelsi” “Sautqempton”u məğlub edəcək gücdədir.