Sürpriz kupon – 30.08.2022

Sürpriz kupon – 30.08.2022

“Kristal Pelas” –  “Brentford” – QOL/QOL

“Kristal Pelas” ötən tur “Siti” ilə qarşılaşmada 2:0 öndə olsa da, qapısında 4 qol gördü və məğlub oldu. Ümumiyyətlə, Patrik Vieyranın komandası istənilən sayda qol vurur, lakin eyni rahatlıqla qapısında top da görür.

“Brentford” “Mançester Yunayted” üzərində 4:0 hesablı qələbədən sonra iki turdur qalib gələ bilmir. Bu komandalar arasında son iki görüş 0:0 hesabı ilə yekunlaşsa da, bu dəfə klubların hücum potensialı fərqlidir.

“Sassuolo” – “Milan” – 2

Son çempion 3 oyundan sonra 7 xal toplayıb və liderlər qrupundadır.

“Sassuolo” ilk turda “Yuve’yə uduzsa da, son iki görüşdə 4 xal yığıb.

“Milan” ötən mövsüm öz meydanında “Sassuolo”ya məğlub olmuşdu. Pioli və komandası bunu unutmayıb və bu dəfə daha ehtiyatlı davranmalıdırlar.

“Roma” – “Monza” – 1

Berluskoninin “Monza”sı 3 oyunun hamısında uduzub.

“Roma” isə qələbələri minimal hesabla qazanır.

Mourinyonun komandasında Veynaldum və Zanyolonun yoxluğu ciddi itkidir. “Roma” sensasiyaya imkan verməməlidir.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 30.08.2022

Növbəti yazı

“Bodo Qlimt”dən yeni transfer