“Barselona”dan Londona

“Barselona”dan Londona

“Barselona”nın futbolçuları Frenki de Yonq və Memfis Depay Londona yollanıb. Niderland millisinin üzvlərinin bu səfərinin transferlə əlaqəsi yoxdur.

Hər iki oyunçu “Mançester Yunayted” və “Çelsi”nin transfer gündəmində olsa da, onlar orada danışıq aparmayacaq. Xüsusən də, de Yonq “Barselona”da qalmaq qərarına gəlib və bundan ötrü maaşının azladılmasına da razılıq verib.

Depay və de Yonq “Mançester Yunayted”dəki həmyerliləri Donni van de Bekin toyunda iştirak etmək üçün İngiltərəyə uçublar.

ETOPAZ

Əvvəlki yazı

“Frayburq”un qapıçısına Premyer Liqadan təklif

Növbəti yazı

Günün kuponu – 30.08.2022