“Frayburq”un qapıçısına Premyer Liqadan təklif

“Frayburq”un qapıçısına Premyer Liqadan təklif

“Mançester Yunayted” qapıçı axtarışlarını davam etdirir. Kevin Trappın “Ayntraxt”dan keçidini həll edə bilməyən İngiltərə klubu Almaniyanın digər komandalarında qolkiper axtarır.

Premyer Liqa təmsilçisinin hədəfində iki namizəd var. Bunlar Mönhenqladbax “Borussiya”sından Yan Zommer və “Frayburq”dan Mark Flekkendir.

Zommer cari mövsüm Bundesliqanın 4 matçında 4 top buraxıb. Flekken isə eyni sayda oyunda qapısında 3 qol görüb.

Qeyd edək ki, “Frayburq” Avropa Liqasının qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir.

ETOPAZ

Əvvəlki yazı

Morris “Bruklin”ə gedir

Növbəti yazı

“Barselona”dan Londona