Virts bir il də “Bayer”də qalacaq

Virts bir il də “Bayer”də qalacaq

“Bayer”in futbolçusu Florian Virtsin taleyinə aydınlıq gəlib. Alman yarımmüdafiəçi növbəti mövsümdə də Leverkuzen klubunda çıxış edəcək.

Onu heyətinə qatmaq istəyən “Bavariya” Virtsi 2025-ci ilin yayında almağı planlaşdırır. Futbolçu və ailəsi məhz Münhen klubuna keçidə üstünlük verirlər. Onlar Florianın gələcəkdə digər ölkəyə getməyini, amma bunadək “Bavariya”da oynamasını məqsədəuyğun sayırlar.

Qeyd edək ki, almaniyalı futbolçu “Real”, “Mançester Siti” və “Liverpul”un da hədəfindədir.

ETOPAZ

Əvvəlki yazı

FIFA-dan “Qarabağ”a təbrik

Növbəti yazı

“Real”ın Paris-2024 qərarı