Belçika kubokunun sahibi bəlli oldu

Belçika kubokunun sahibi bəlli oldu

Belçika kubokunun qalibi müəyyənləşib. “Yunion Sent” 110 ildən sonra titulun sahibi olub.

Komanda finalda “Antverpen”i məğlub edib. Brüsselin “Boduen” stadionunda keçirilən qarşılaşmada 1 qol vurulub. Koki Maçeda “Yunion Sent”ə kuboku qazandıran topun müəllifi olub.

Qeyd edək ki, “Yunion Sent” tarixində 3-cü dəfə ölkə kubokuna sahib çıxıb. Brüssellilər 1913-cü və 1914-cü illərdə titula yiyələniblər. “Brügge” 11 uğurla rekordçudur.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal” Jorjinyo ilə müqaviləni yenilədi

Növbəti yazı

Kvaratsxeliya nəhənglərin maraq dairəsində