“Mançester Yunayted”dən Varan qərarı

“Mançester Yunayted”dən Varan qərarı

“Mançester Yunayted”in futbolçusu Rafael Varanla bağlı planları bəlli olub. İngiltərə klubu müdafiəçisini başqa komandaya buraxmağa qərar verib.

31 yaşlı fransalının xidmətində maraqlı olan klub tapılsa, Premyer Liqa təmsilçisi onun pulsuz keçidinə razılaşacaq. Mançesterlilər hazırda zədədən sonra bərpa prosesi keçən müdafiəçini saxlamağa ehtiyac görmürlər.

Qeyd edək ki, Varan mövsümün 30 matçında 1 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Gülər “Real”a qələbə qazandırdı

Növbəti yazı

Konte “Napoli”ylə razılığa gəldi