Günün kuponu – 24.09.2022
Sloveniya – Norveç – 2
4-cü qrupun lideri Norveç yığmasının A divizionuna yüksəlmək üçün yaxşı şansı var. Qələbə qazansalar bu vəzifənin öhdəsindən böyük ölçüdə gəlmiş olacaqlar. Qrupun sonuncusu Sloveniyanın isə turnirdə heç bir hədəfi qalmadığından ola bilsin Norveçlə oyuna tam köklənə bilməsin. Motivasiya Norveç millisində daha yüksək olacağından oyun 2 variantına üstünlük verirəm.
Şimali İrlandiya – Kosovo – QOL/QOL
Hər iki komanda qrup qalibi olmaq və B divizionuna yüksəlmək şansını itirib. Heç-heçəlik oyun kimi görünür. Hətta belə olarsa, məncə 0:0 yox, məhsuldar heç-heçə görəcəyik. Hansısa tərəfin qalib gəlmək ehtimalı da az deyil. Ona görə daha sığortalı qol/qol variantına mərc edirəm.
“Lanus” – “San Lorenso” – 2,5 ÜST
Bu komandalar arasında son 5 oyundan 4-də 2,5 üst qeydə alınıb. Bu mövsüm də komandalar “üst” oynamağa meyllidir. “Lanus” 20 turda qapısından 30, “San Lorenso” 19 qol buraxıb. Məncə, hər oyuna orta hesabla 1 qol buraxan komandaların duelinə 2,5 üst real variant kimi görünür.