Günün kuponu – 23.11.2021
“Sevilya” – “Volfsburq” – 1
İspaniya klubu qrupdan çıxmaq şansının qalması üçün mütləq qalib gəlməlidir. Ötən mövsüm komandanın ən sərrast futbolçusu olmuş Yusuf Ən Nəsirinin zədə səbəbindən oynamadığı görüşlərdə “Sevilya” özünə bənzəmir. La Liqada liderdən cəmi 2 xal geri qalan Lopeteqinin komandası ÇL-də hələ ki qələbə qazana bilməyib. Bu dəfə artıq geriyə yol yoxdur.
“Dinamo Kiyev” – “Bayern Münhen” – üst 2,5
“Bayern” demək olar qrupda 1-ci yeri özünə təmin etdiyindən Naqelsmann ola bilsin ki, Kiyevdə eksperimental heyəti meydana buraxsın. Düzdür, “Bayern”in əvəzediciləri belə “Dinamo”dan geri qalmaz. Amma “Ausburq” Ukrayna komandasına münhenliləri məğlub etməyin yolunu göstərdi. Ümid edirəm ki, Kiyevdə hava şəraiti oyunun bol qollu keçməsinə mane olmayacaq.
“Malmö” – “Zenit” – qol/qol
Hər iki komanda Avropa Liqasına vəsiqə qazanmağa çalışır. “Zenit” ÇL-də yeganə qələbəsini məhz öz meydanında “Malmö” üzərində əldə etmişdi. Özü də 4 cavabsız qol vurmaqla. Amma İsveç təmsilçisi doğma divarlar arasında pis təsir bağışlamır. Bu dəfə də “Malmö” qapını bərk çırpmağa çalışacaq. Düşünürəm ki, qol/qol çox da riskli variant deyil.
“Sevilya” – “Volfsburq” – 1 – 1,71
“Dinamo Kiyev” – “Bayern Münhen” – üst 2,5 – 1,42
“Malmö” – “Zenit” – qol/qol – 1,57
Ümumi əmsal: 3,81