“Sakramento” Uoltonla vidalaşdı
“Sakramento” baş məşqçisi Lük Uoltonu istefaya göndərib. 41 yaşlı mütəxəssis 2019-cu ildən komandaya rəhbərlik edirdi.
Onun yetirmələri 161 oyunda 68 qələbə qazanıb. Uoltonun qələbə faizi 42,2-yə bərabərdir.
O, klubun Sakramentoya köçməsindən sonra məşqçilər arasında ikinci göstəriciyə malikdir. Yalnız Rik Adelman daha yüksək nəticə göstərib – 63,3 faiz.
Qeyd edək ki, klub Sakramentoya köçdükdən sonra 18 baş məşqçi dəyişib.