Sürpriz kupon – 23.11.2021
“Vilyarreal” – “Mançester Yunayted” – qol/qol
Sulşerin qovulmasından sonra “Mançester Yunayted” ilk vacib oyuna çıxır. İngiltərə Premyer Liqasından fərqli olaraq ÇL-də M.Y-nun vəziyyəti qənaətbəxşdir. Komanda qrupda “Vilyarreal”la birgə 1-2-ci yer uğrunda mübarizə aparır. Unay Emerinin yetirmələri İspaniyada olduqca bərbad mövsüm keçirir. Bunu yalnız ÇL-də pley-off-a çıxmaq bir az sığortalaya bilər. Məncə, matçın qol/qol gəlmək ehtimalı var.
“Çelsi” – “Yuventus” – 1
“Yuve”də itkilər çoxdur. Komandalar qrupda 1-2-ci yerlər uğrunda mübarizə aparırlar. Turin klubu A seriyasında son iki oyunda qalib gəlsə də, hələ də liderlərdən xeyli geri qalır. “Çelsi” son matçda “Lester”in qapısından 3 cavabsız top keçirdiyindən “Yuve”yə qarşı əla əhval-ruhiyyədə meydana çıxacaq. London klubu Turində “Yuventus”a uduzduğundan, həm də bu görüş revanş xarakteri daşıyır.
“Yanq Boys” – “Atalanta” – 2
İtaliya klubunun hələ də qrupdan çıxmaq üçün yaxşı şansı var. Sadəcə bu dəfə İsveçrədə büdrəmək olmaz. “Yanq Boys” “Qrasshopers”lə son qarşılaşmada çox güc sərf edərək çətinliklə 1 xal qazanıb. Komandada zədəli futbolçular da çoxdur. Odur ki, oyunun 2 gələcəyini gözləmək olar.
“Vilyarreal” – “Mançester Yunayted” – qol/qol – 1,57
“Çelsi” – “Yuventus” – 1 – 1,62
“Yanq Boys” – “Atalanta” – 2 – 1,83
Ümumi əmsal: 4,65