Günün kuponu – 21.10.2022
“Ayaçço” – PSJ 2
“Ayaçço” autsayderlərdən olsa da, bir oyunda belə böyük hesabla uduzmayıb. Hətta “Ayaçço” bir tur öncə “Velodrom”da “Marsel”i məğlub edə bildi – 2:1.
Paris klubu da son turda prinsipial rəqiblərindən olan “Marsel”i minimal hesabla məğlub edib – 1:0.
Həm heyət, həm büdcə baxımından Fransanın 1-ci klubu olan PSJ “Ayaçço” səfərində çətinlik çəkməməlidir.
“Odense” – “Lyunqbyu” 1
“Odense” son 3 oyununu heç-heçə başa vurub. Amma indi doğma azarkeşlər qarşısında 3 xal qazanmaq üçün yaxşı fürsətdir. Rəqib – “Lyunqbyu” 5 xalla çempionatın aşkar autsayderidir.
Bu komandalar arasında son 3 oyunda “Odense” qalib gəlib, yenə aşkar favorit meydan sahibləridir.
“Darmştad” – “Kolstein Kiel” QOL/QOL
“Darmştad” bu mövsüm Bundesliqaya yüksəlməyə əsas namizədlərdən sayılır. Komanda 12 turdan sonra 27 xalla turnir cədvəlinə başçılıq edir.
“Darmştad” son 4 oyununu qələbə ilə başa vurub. Hətta Almaniya kubokunda Bundesliqa təmsilçisi “Borussiya Münhenqladbax”ı da mübarizədən kənarlaşdırdılar.
“Holstein” də son 2 turda qalib gəlib. Hər iki klubun hücum xətti güclüdür.
Bu komandalar arasında son 3 oyun qol\qolla yekunlaşıb.