Kokoyla Karolin “WTA Finals”da
Qadın tennisçilər arasında ilin yekun turnirinin daha iki iştirakçısı dəqiqləşib. Koko Qauff və Karolin Qarsiya “WTA Finals”a vəsiqə qazanıb.
Buna Arina Sobolenkonun məğlubiyyəti səbəb olub. Onun Qvadalaxaradakı turnirdə Lyudmila Samsonovaya uduzması Qauffla Qarsiyanın Fort-Uortdakı yarışa yolunu açıb.
Bununla da yekun turnirində iştirakı dəqiqləşənlərin sayı 5-ə çatıb. Koko ilə Karaolinə qədər İqa Şventek, Ons Jaber və Cessika Pequla da bu yarışa vəsiqə əldə edib. 18 yaşlı Qauff ilk dəfə “WTA Finals”da oynayacaq. Qarsiya isə 5 ildən sonra bu turnirə qatılacaq.