Sürpriz kupon – 21.10.2022
“Yuventus” – “Empoli” QOL/QOL
“Yuventus” bu mövsüm stabil oyun göstərmədiyindən Turin klubunun öz meydanında qələbə qazanacağını əminliklə iddia etmək çətindir. “Yuve” indi turnir cədvəlində 8-ci, “Empoli” isə 10-cu yeri tutur.
Alleqrinin komandası Çempionlar Liqasında Hayfa fiaskosundan sonra ötən tur A seriyasında derbidə “Torino”nu məğlub edə bildi.
“Empoli” son 8 oyunda meydanı qolsuz tərk etməyib. Komanda sonuncu dəfə 2-ci turda “Fiorentina” ilə qolsuz bərabərə qalıb.
Xatırladaq ki, ötən mövsüm “Empoli” Turində “Yuventus”u məğlub etmişdi – 1:0.
“Antalyaspor” – “İstanbulspor” QOL/QOL
Hər iki komandanın vəziyyəti gərgindir. “İstanbulspor” 8 xalla 15-ci, “Antalyaspor” isə 7 xalla 16-cı yeri tutur.
“İstanbulspor” son iki görüşdə meydanı xalsız tərk edib.
Antalya təmsilçisi isə “Konyaspor”la bərabərlikdən (1:1) sonra səfərdə “Alanyaspor”a uduzdu – 2:3.
Bu komandalar sonuncu dəfə 2008-ci ildə üz-üzə gəliblər. Həmin vaxt qolsuz heç-heçə qeydə alınmışdı.
Hər iki kluba xal lazım olduğundan qarşılıqlı qollar görə bilərik.
“Mayns” – “Köln” QOL/QOL
“Köln” Bundesliqada son 3 oyunda 8 qol vurub. Baumqartın baş məşqçi olduğu komanda hətta “Borussiya Dortmund” üzərində də 3:2 hesabı ilə qələbə qazanmışdı.
“Mayns”ın hücum xətti o qədər də parlaq təsir bağışlamır. Komanda 10 oyunda 11 top vura bilib.
“Köln”də zədəli futbolçular çoxdur. Bu mövsüm 3 qol vuran Deyan Lyubiçiç də zədə səbəbindən komandaısna kömək edə bilmir.
Bu komandalar arasında son 5 oyunun dördü qol\qol gəlib.