Günün kuponu – 17.03.2023
“Borussiya Münhenqladbax” – “Verder” QOL/QOL
Hər iki komanda 24 oyundan sonra 30 xal toplayıb və 10-11-ci yerləri bölüşürlər.
Münhenqladbax klubu 3 oyundur qələbə qazanmır. Daniel Farkenin komandası son dəfə 21-ci turda “Bayern Münhen”i məğlub etmişdi.
“Verder” də son iki turda uduzub. Bu komandalar arasında son görüşdə “Verder” “Münhenqladbax”ı 5:1 hesabı ilə üstələmişdi.
“Sassuolo” – “Spetsiya” QOL/QOL
“Sassuolo” son 3 oyununu qələbə ilə başa vurub.
“Spetsiya” ötən tur gözlənilmədən Çempionlar Liqasının 1\4 finalçısı “İnter”i məğlub etdi – 2:1.
Bu qələbəyə baxmayaraq, “Spetsiya” hələ də təhlükəli zonadadır.
“Sassuolo” A seriyasında qalmaq məsələsini həll edib, avrokuboklara isə çox güman, düşməyəcək.
Bu komandalar arasında son 5 oyun qol\qolla nəticələnib. Bu dəfə də hər iki komandadan qol gözləyirəm.
“Atalanta” – “Empoli” 1
“Atalanta” 4 oyundur qələbə qazana bilmir. Berqamo təmsilçisi avrokuboklara vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir. Hesabından 15 xal silinən “Yuvetus” belə “Atalanta”dan cəmi 4 xal geri qalır.
“Empoli” ardıcıl 3 oyunda məğlub olub.