Sürpriz kupon – 17.03.2023
“Serkl Brügge” – “Genk” 2
“Genk” çempionatın lideri olsa da, son 2 oyunda qalib gələ bilməyib.
“Serkl Brügge” bu mövsüm avrokuboklara vəsiqə qazanmaq istəyir.
Ötən mövsüm “Serkl Brügge” öz meydanında “Genk”lə bərabərə qalmışdı – 2:2. Bu dəfə qonaqlar qələbəyə daha yaxın görünürlər.
“Arminya” – “Nürenberq” X
“Arminya”nı təhlükəli zonadan cəmi 1 xal ayırır. Komanda son iki oyunda uduzmayıb.
12-ci yeri tutan “Nürenberq”in vəziyyəti elə də yaxşı deyil. Sürpriz kuponda risk edib X yazıb heç-heçə gözləyirəm.
“Haydenhaym” – “Karlsrue” 1
“Haydenhaym” lider “Darmştad”dan 2 xal geri qalır və 3-cü yeri tutur.
8-ci pillədə olan “Karlsrue” son 5 oyunda qələbə qazanıb. Lakin bu seriya hardasa qırılmalıdır. Məncə, liderlər qrupundan ayrı düşmək istəməyən “Haydenhaym” qələbə üçün əlindən gələni edəcək.