“Barselona”nın Xavi planı
“Barselona” baş məşqçisi Xavini komandada saxlamaq istəyir. Kataloniyalılar martın 19-da “Real”la keçirəcəkləri oyundan sonra onunla müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayacaq.
Klub prezidenti Xuan Laporta klub heç bir kubok qazanmasa belə, Xaviyə bir illik (2025-ci ilin iyununa qədər) sözləşmə təklif etmək istəyir. Onun özü də “Barselona”da qalmaq niyyətindədir.